Ermənistanda aclıq aksiyası keçirən partiya sədri türmədə öldü - ATƏT PA-nın vitse-prezidentindən sərt etiraz

img

27-01-2019 [22:05]


Ermənistanda partiya sədri Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb.

Mia.az xəbər verir ki, bu barədə ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib: "Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz".

Ümid edək ki, heç olmasa Azay Quliyevin bu mesajından sonra beynəlxalq təşkilatlar Ermənistanda baş verən belə bir dəhşətli hadisəni pisləyərək müvafiq qətnamə qəbul edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA