"Əgər Süleyman Dəmirəlin əvəzinə Ərdoğan olsaydı, Qarabağın işğalına seyrçi qalmazdı..." - Politoloq

img

25-01-2019 [14:05]


"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın "Türkiyə Dağlıq Qarabağın işğalının qarşısını bütün səylərə baxmayaraq ala bilmədi” açıqlaması acı həqiqətdir. Ərdoğannın sonrakı iki cümləsi də maraqlıdır: "Türkiyə həmin dövrdə güclü dövlət deyildi. Türkiyə öz sərhədlərində baş verən hadisələrdən dərs alıb və başa düşüb ki, çox güclü olmaq lazımdır”".

Mia.az xəbər verir ki, bu sözləri politolkoq Elxan Şahinoğlu deyib.

O daha sonra deyib: "Əminəm ki, Azərbaycan torpaqları işğal olunarkən Türkiyə Cumhurbaşqanı Süleyman Dəmirəl yox, Rəcəb Təyyub Ərdoğan olsaydı, Ankara işğala seyrçi qalmayacaqdı. Və bəlkə də Bakının istəyi üzərinə Türkiyə ordusu Azərbaycana əməli dəstək verəcəkdi. Ərdoğan Dəmirəl kimi acından ölən Ermənistana buğda da göndərməzdi".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA