Rufiz Qonaqov Türkmənistan səfiri ilə görüşdü - Müzakirə + FOTO

img

24-01-2019 [14:09]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Türkmənistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mekan İşanquliyevlə görüşüb. 

Bu barədə Mərkəzdən Mia.az-a verilən məlumata görə, görüşdə BMAM sədri Rufiz Qonaqov bildirib ki, rəhbərlik etdiyi qurum Cənubi Qafqazda, Xəzəryanı və  Türkdilli ölkələrdə gedən prosesləri yaxından izləyir və tədqiq edir.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev bildirib ki,  Xəzər dənizi Azərbaycan Türkmənistan dostluğuna, onların tarixinin, adət-ənənələrinin oxşarlığı, türkdilli və oğuz qrupuna daxil olmalarına təsir göstərib: "Bu gün Azərbaycanla Türkmənistan sıx dostluq və qardaşlıq çərçivəsində fəaliyyət göstərir". 

Rufiz Qonaqov isə öz növbəsində bildirib ki, Azərbaycanla Türkmənistan Respublikasının əlaqələri günü-gündən inkişaf edir və ötən ilin avqustunda Xəzərin statusu ilə bağlı Konvensiya imzalanıb: "Bu Konvensiya Xəzəryanı ölkələri bir daha əməkdaşlıq çərçivəsində birləşdirdi".

Sonda səfir qeyd edib ki, bu ilin yayında Türkmənistanda Xəzər günü və Forumunun keçirilməsi planlaşdırılır ki, bu da Xəzəryanı ölkə kimi Türkmənistanın Konvensiyaya verdiyi diqqət və önəmi göstərir. 

Daha sonra görüşdə geniş  əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA