AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gələcək

img

23-01-2019 [16:29]


 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək. 

Bu barədə məruzəçi özü "Report"un Qərbi Avropa bürosuna bildirib.

O bildirib ki, Assambleyanın Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsi Azərbaycan üzrə məruzəçinin Bakıya səfərini təsdiqləyib.

Məruzəçi bildirib ki, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsi AŞPA məruzəçisinin səfərinin baş tutması üçün Azərbaycan tərəfinin razılığını alıb. Azərbaycan hökuməti məruzəçinin Azərbaycana gəlib monitorinq aparmasına öz razılığını verib. Yaxın günlərdə səfərin tarixi müəyyən olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA