"Heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir" - Rəsmi

img

22-01-2019 [13:24]


Penitensiar xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Report”un sorğusuna cavabında bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.

"Bunlar yanlış məlumatlardır və ictimai fikri çaşdırmağa yönəlib”, - deyə, M.Sadıqov əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA