Erkal Özoral: “20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı dönüş olub”

img

20-01-2019 [17:34]


"20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı dönüş olub”

Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkal Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür: "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanmasında əsaslı dönüş oldu”.

Səfir həmçinin əlavə edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də şəhidləri sayğı ilə anırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA