“Kiminsə arvadının qohumuna, qardaşına vəzifə verməkdən ötrü...” - İttiham

img

16-01-2019 [11:25]


"Son müsahibələrimdə də dönə-dönə demişdim ki, yeni ildən struktur islahatları olacaq. Çünki məmur özbaşınalığına, qohumbazlığa, əxlaqsızlığa son qoyulmasının zamanı yetişmişdi”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, ölkə başçısının bu addımı təqdir olunmalıdır:
"Bilirsiniz ki, mən hər zaman qardaşımın yolunda canımdan keçməyə hazıram. Axıra qədər də mövqeyimi qoruyub saxlayacam. Amma təəssüflə deyirəm ki, onun ətrafında olan məmurların əksəriyyəti onun əleyhinə işləyir. Bu qədər mənasız qurum nəyə lazım idi? Kiminsə arvadının qohumuna, qardaşına vəzifə verməkdən ötrü bu qədər qurum yaratmaq nə məqsəd daşıyırdı? Bax, bütün bunlar ölkə daxilində narazılıq yaradırdı.
Bu qurumların heç birinin dövlətə xeyri olmayıb. Bir qrup adam bu qurumlar vasitəsiylə dövlətin milyonlarını səmərəsiz yerə xərcləyib. Prezident islahatçı, xalqını sevən bir insandır, amma bu məmurlar onun əksinə olaraq, xalqa qarşı fəaliyyət göstərirlər. Əksəriyyəti keçmiş sovet təfəkkürü ilə ölkəni bataqlığa sürükləmək istəyirlər. Nə qədər ki, kiflənmiş beyinlər komandadan uzaqlaşdırılmayıblar, vəziyyət daha da pisləşəcək.
Strateji Araşdırmalar Mərkəzi bu günə kimi ortaya hansı işi qoyub? Ora yüz adam yığıb boş yerə milyonları xərcləməyin nə mənası var idi? Başqa bir məsələ. Mehman Hüseynovun bu dərəcədə şişirdilməsinə ehtiyac var idimi? Bunu edənlər ölkə başçısına təzyiqlərin artmasını istəyən qüvvələrdir. Bu adamlar hakimiyyətdə otura-otura radikal müxalifətə maliyyə ötürürər ki, hakimiyyətə qarşı qara piar aparsınlar. Prezident qərar verir, amma ətrafdakı mənfur qüvvələr tapşırıqların icrasını həyata keçirmirlər, yaxud da yanlış istiqamətdə edirlər”.

Partiya sədri son struktur dəyişikliklərini müsbət qiymətləndirsə də, islahatların daha da dərinləşməsinin tərəfdarıdır. Onun sözlərinə görə, milli qeyrəti, dövləti, prezidenti sevən kadrlardan ibarət yeni komanda formalaşdırılmalıdır:
"Bilirsiz, qohumbazlıqla, dostbazlıqla dövlət idarə etmək olmaz. Bir Prezident hər şeyi görə bilməz. Məmurların şəxsi xarakterlərindən çox şey asılıdır.
YAP-ın İdarə Heyətinin üzvü Hüseynulu Bağırovun nazir olduğu dövrlərdə milyardların yediyi indi üzə çıxır. Respublikanın hüquq mühafizə orqanları niyə vaxtında araşdırma aparıb Prezidentə məlumat vermirdilər? Ona görə də kadr müəyyənləşəndə onun hansı məqsədə qulluq edəcəyini aydınlaşdırmaq lazımdı. Bir məmurun etdiyi səhvə görə, hərə bir tərəfdən Azərbaycana təzyiq edir.
Hakimiyyətdə olan korrupsioner məmurlar diqqəti yayındırmaqdan ötəri mənfur əməələrini davam etdiirlər ki, Prezidentin diqqəti onların qanunsuzluqlarından yayınsın. Ona görə də bizim kimi ləyaqətli, sədaqətli və dövlətini sevən admlar Prezidentin ətrfında birləşməlidir. Ömrümün axırına qədər əlimdən gələni edəcəyəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA