15-01-2019 [00:07]
Qoç - pozitiv məzmunlu işlərdə gərginlik hiss olunacaq. İntriqa, rəqabət, xüsusi gözləntilərinizin olduğu situasiyalardakı sürətlənmələr sizi tonusda saxlayacaq. Tələskənliyə yol verməyin. Ünsiyyətdə diqqətli olun. Daxili enerji və ya gərginlik sizi düşünülməmiş addımlar atmağa vadar edə bilər. Yaxın ətrafınızdakı insanların mövqelərini qulaqardına vurmayın.
İmicinizdə dəyişikliklər etmək, informasiya aramaq, dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı gündür.
Axşam saatlarında bir qədər dincəlin.
Buğa - nəzərdə tutduğunuz bəzi işlərdə çətinliklər yaranacağına hazır olun. Əsəbi, kəmhövsələ olmayın. Dəyişikliklərə meylli qərarlar qəbul etməyin. Tərəfdaş və ya həmkarlardan biri kəskin iradlarla çıxış edə bilər. Önəmli görüş və ya mühüm danışıqları sabahadək təxirə salın.
İntellektual fəaliyyət üçün yaxşı gündür. Köhnə problemin sürətli həlli və faydalı nəticə verəcək spontan görüş ola bilər. Vurnuxma və mənasız söhbətlərdən uzaq durun. Başqalarının problemlərini çözməyə çalışmayın. Mənasız diskussiyalar boş vaxt itkisidir. Günü qeyri-rasional keçirməyin.
Sizi maraqlandıran məsələlərlə bağlı məlumat toplayın, təcrübəli insanlarla məsləhətləşin.
Əkizlər - işgüzar fəallıq üçün əlverişsiz gündür. Planlarınızı tələsmədən reallaşdırın. Niyyətlərin razılaşdırılması və planların müzakirəsi ilə bağlı problemlər hiss oluna bilər. Şərtlər və situasiya sizdən sürətli seçim tələb edir.
Seçim şəxsən sizə gərək deyil və yersizdir. Yaxşıca düşünün, perspektivlərinizi yenidən dəyərləndirin.
Təhlükəli oyundan çıxın. Sizi intriqalara cəlb edən və ya nəzərdə tutmadığınız işdə iştirakınızı tələb edən olaylardan kənar durun.
Axşam saatlarında enerji və emosiyalar çoxdur. Sizə pozitiv emosiyalar bəxş edəcək ünsiyyət çevrəsini, məşğuliyyəti seçin.
Xərçəng - çoxsaylı vədlər və öhdəlikləriniz sizə yeni imkanlardan yararlanmağa imkan vermir. Ev işləri və məişət qayğıları planlarla gözləntilər arasında münaqişə yaradır. Əlinizdən gələni edin, amma bacardığınızdan artığına can atmayın. Münasibət və reaksiyanız indi fəaliyyətinizdən daha önəmlidir.
Perspektiv planlarınız üçün önəm kəsb edən işlərdə səhvlərə yol verməmək üçün vurnuxmayın.
Yaşamınızda mütləq qayda yaradın. İndi adi istəklər təsiri bağışlasa da, sonradan ağır müşkülə çevriləcək problemlər yaratmayın.
Axşam saatlarını ailəvi istirahətə həsr edin. Yolda olmayın.
Şir - situasiyanı gərəkli istiqamətdə yönləndirmək üçün stereotiplərdən uzaqlaşın. Həmsöhbətinizin əhvalını hiss edin. Onun davranışında dəyişkənlik var. Qarşınıza ciddi məqsədlər qoyubsunuzsa, qətiyyətlə irəliləyin.
Ailəvi müzakirələr və sizin üçün önəmli təmaslarda ifrat emosiyalara varmayın. Ev işləri, məişət qayğıları və yaxınlarınızın planları nəzərdə tutduğunuzdan da artıq vaxt, zaman tələb edəcək. Reaksiylarınıza nəzarət edin. Birbaşa iştirakınızı tələb edən işlərdə sayıq odun. Ətrafınızda rahat, komfortlu şəraitin yaranmasına can atın.
Qız - gərginlik, heç bir motivasiyası olmayan əhval dəyişkənliyi və narazılıq yarana bilər. Yaxınlarınızdan biri aqressiv və dözümsüz davranırsa, səbrli olun. Kiminsə etiraflar və ya qəfil açıqlamaları sizdə diskofmort hissi yarada bilər. Lakin bu, cavab axtardığınız sualın aşkarlanmasıdır. Yaşamın öz qaydalarını diqtə etdiyi anlardan yayınmaq mümkün deyil.
Əsas məsələləri reallaşdırmağa davam etmək üçün güzəştlərə ehtiyac var. Günün ikinci yarısında görüş və ünsiyyəti təxirə salmayın. Alış-verişdə bədxərclik etməyin.
Yaradıcılıq üçün əlverişli zamandır.
Tərəzi - gərəkli nəticə əldə etmək üçün qətiyyətli, iradəli olun. İş və ya layihənizə cəlb etməyə çalışdığınız insanı dilə tutun. Fəaliyyətinizdə passiv olmayın.
Günün ikinci yarısında təkbaşına, müstəqil fəaliyyət göstərin. Emosiyalarınızın burulğanına düşməyin. Situasiyanın gərildiyini hiss etsəniz, səbrli olun. Planlaşdırdığınız işi tamamlayın. Qəfil xəbərlər sizə maraqlarınızın çərçivəsində yeni tərəfdaşlıq vəd edir.
Əqrəb - hisslərinizi araşdırın. "Köhnə yara"ların qövr etməsi istisna deyil. Belə zamanda mümkün narazılıqdan, emosiyaların kəskinləşməsindən qorunmaq çətindir. Əsəbi olmayın, yaşananların məğzini anlamağa çalışın.
Gərginlik "ya hər şey, ya heç nə" prinsipi ilə çözüm tələb edir. Təmayüllər destruktiv olduğundan sizə təzyiq göstərən hisslər və emosiyalardan qurtulun.
Ümumi çətinliklərin sınağından keçməmiş münasibətləri qoruyun. Qiymətli hesab etdiyiniz dəyərlərin bəziləri şərtidir. Yalnız bilavasitə məna kəsb edən nəsnələrə nail olmağa çalışın.
Oxatan - təxəyyülünüz bu gün sizə yardım etməklə yanaşı, problemlər də yarada bilər. Hər şey məşğul olacağınız işdən asılıdır. Rutin və yeknəsək işlər planlamayın. Sizi sürprizlər və tapıntılar gözləyən yaradıcı işlər daha önəmlidir.
Bu gün nədən imtina edəcəyinizdən xəbər verən intuisiyanızın səsinə qulaq asın. Dostlarla görüş xoş duyğular verəcək.
Diqqətinizi fərqli maraq dairəsinə yönəldəcək və ya maddi perspektivlərinizə faydalı düzəlişlər edəcək yeni tanışlıq istisna deyil.
Səfər və səyahət, alış-veriş üçün münasib gündür. Aradığınız informasiyanı tapmağa çalışın.
Oğlaq - öhdəlikləriniz, verdiyiniz vədlərin yerinə yetirilməsini, ev işlərinin görülməsini unudaraq yaxın ətrafınızdakı insanların maraqlarının təminatına can atmayın. Ümumi planlarınızı reallaşdırmaq istəyirsinizsə, təmkinli və soyuqqanlı olun.
Hansısa işdə iştirak və ya yardım istəsələr, laqeyd qalmayın.
Günün ikinci yarısında tək qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Fəqət, yaxınlarınızın istəklərini, sorğu və xahişlərini unutmayın.
Tərəfdaşlardan birinin qəribə davranması, planları dəyişməsi, anlaşmanı pozması istisna deyil. Mübahisə mənasızdır, çünki uzun-uzadı çək-çevirdən sonra ilkin varianta qayıdacaqsınız.
Dolça - tələskənlik, dağınıqlıq, nevroz davranış yolverilməzdir. İnformasiya axtarışı, çətin intellektual məsələnin həlli ilə ciddi məşğul olsanız, məhsuldar gündür. Çərçivə nə qədər dar, vaxt nə qədər azdıra - səyləriniz və zəhmətiniz bir o qədər effektiv olacaq.
Etiraflara ifrat dərəcədə aludə olmayın, ətrafınızdakı insanların mövqelərinizi mütləq qəbul etmələrinə çalışmayın.
Təşəxxüslü və eqoist olmayın.
Yaranmış çətinliklər, puç olmuş arzular və reallaşmayan planları ciddi təhlil edin. Yeni fəaliyyət planı hazırlayın.
Qərarlarınız orijinallığı ilə fərqlənə bilər. Gerçəkdən də, mühüm məsələdən söhbət gedirsə, qərarlarınız orijinallığı ilə fərqlənə bilər.
Balıqlar - görüləsi işlər və aldığınız tapşırıqlar artır. Yeni planlar var. Amma çin olmamış arzular, gerçəkləşməyən ümidlər hərəkətinizi yavaşıda bilər. Pis xəbərin alınması, harasa yollanaraq hansısa problemin həll edilməsi ehtiyacının yaranması mümkündür.
Yaxınlarınızdan birinin qarşılaşdığı problemin həllində ona yardımçı olun.
Dəyər verdiyiniz insanlara dəstək olun. Səhhətinizə fikir verir.
Axşam saatlarında fiziki işdə, gəzintidə xeyir var.
Milli.az
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək