Növbədənkənar parlament seçkiləri keçiriləcək? - YAP cavab verdi

img

09-01-2019 [11:25]


"Yeni Azərbaycan Partiyasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılmır”.

Mia.az xəbər verir ki, bunu BakuPost-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. A. Mirzəzadə qeyd edib ki, Konstitusiyaya əsasən hazırkı parlamentin səlahiyyət müddəti gələn ilin noyabrında başa çatacaq: "Biz növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərləri sadəcə, müzakirə kimi qəbul edirik. Hazırda növbədənkənar parlament seçkisinin keçirilməsinə hər hansı ehtiyac yoxdur”.

Qeyd edək ki, etibarlı mənbələrə əsaslandığını iddia edən "Yeni Müsavat” qəzeti bu gün aprel ayında növbədənkənar seçkilərin keçiriləcəyi barədə məlumat yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA