08-01-2019 [17:25]
"Gələn aydan nəzərdə tutulan pensiya artımı sadəcə, biabırçılıqdır. Bunlar xalqı dolayırlar, ya da başqa niyyətləri var”.
Bu fikirləri Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, pensiyaların 4-6 manat artırılması heç bir əndazəyə sığan iş deyil.
"Yeni nazir Sahil Babayev bilirmi ki, 4 manat 50 qəpiklə nə almaq olar? O pula heç bir toyuq almaq olmur. Sahil Babayev bu artımla pensionerin hansısa probleminin həll olunacağını düşünürsə, mənim sözüm yoxdur. Yəqin ki, yeni nazir nəsə icad edib. Belə olmasaydı, 4-6 manatlıq artımı şad xəbər kimi camaata çatdırmazdılar. Sahil Babayev insanların mədəsini ölçüb və o qənaətə gəlib ki, 4-5 manat artım bir ay bəs edər.
Açığı sizə deyim ki, hökumətin bu "islahat”ları məni utandırır. Yeni ildən "Azərsun” bütün ərzaqların qiymətini bahalaşdırıb. Sanki hərə bir tərəfdən çalışır ki, milləti ayağa qaldırsınlar. Bu qədər olmaz axı? Bir toyuğun qiymətindən aşağı artımmı olar? Yeri gəlmişkən, onu da deyim ki, Ukraynada zibilliyə tökülən yararsız toyuqları yığıb gətiriblər ölkəyə, camaata sırımaq istəyirlər. İldin pensiya artıranların yeni artım siyasətindən sonra həmin 4 manat 50 qəpiyi verib o yararsız toyuğu alacaqlar. Yəni, Bir sözlə biabırçılıqdır”.
Partiya sədri onu da qeyd edib ki, S.Babayev Prezidentin ona göstərdiyi etimadı doğrultmur. Onun sözlərinə görə, yeni nazir gərək bütün fəaliyyətini Prezidentin siyasətinə uyğun aparsın:
"Dövlət başçısına rəsmi şəkildə məruzə etməliydi ki, ciddi islahatlar aparmaq lazımdır. Amma bu adamlar camaatı düşünmədikləri üçün belə addımlar atmırlar. Yəqin ki, son aylar özünüməşğulluq proqramları çərçivəsində aztəminatlı ailələrə mal-qara verilməsi prosesini izləyirsiz. İnandırım sizi, bu, proses olduqca biabırçılıqdır. Bu günlərdə bir rayona səfərə getmişdim. Orda özüm şahidi oldum. Camaata qoca, dişi yox, arıq mal-qara veriblər , amma milyonlarla pul siliblər. Eləsi olub ki, malı maşından endirəndə yerə düşən kimi ölüb. Zorla camaat qol çəkdirib xəstə-yararsız heyvanları verirlər. Bu, millətə sataşmaqdır, prezidentin strategiyasının əleyhinə getməkdir”.
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...