08-01-2019 [16:25]
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci il üzrə sosial durumuna və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb
Mia.az xəbər verir ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiysının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər (ümumilikdə 54 redaksiya əhatə olunub).
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2018-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
Əmək müqavilələri, işsizlikdən sığorta
Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də təsir edib, tendensiya media müstəvisində də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində dinamika müşahidə edilib. Sorğuya cəlb edilənlərin 95 faizi (2017-ci ildə 93%, 2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma 2018-ci ildə bu istiqamət üzrə irəliləyişlərlə yanaşı, narahatlıq doğuran məqamlar da ortaya çıxıb:
- Əvvəlki illərdə bu sahədə əsas problem fərdi əmək müqavilələrinin müddətli bağlanılması idi. Azərbaycan Əmək Məcəlləsinin 45-47 maddələri daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verilirdi ki, bu da işəgötürənin xeyrinə olaraq, həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. 2018-ci ildə ortaya çıxan məqam budur ki, işçilərin bir qisminə müddətli və müddətsiz fərdi əmək müqaviləsi, digər qisminə isə "xidmət müqaviləsi” tətbiq edilir. Jurnalistlərə "Xidmət müqaviləsi”nin tətbiq edilməsi jurnalistlərin böyük bir qisminin əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edir. 2018-ci ildə bəzi redaksiyalarda, xüsusən televiziya şirkətlərində aparılan ixtisarlar zamanı bu məqam özünü qabarıq şəkildə biruzə vermişdir.
- Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də aktual olaraq qalır. Bu isə qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərəcək amillərdən biridir.
Əmək haqqının infilyasiyaya uyğunlaşdırılması yönündə addımlar atılıb
Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna və jurnalistlərin aktivliyinə görə dəyişir. Bu baxımdan redaksiyalarda orta əmək haqqı ilə yanaşı, KİV-lərdə əmək haqqının minimal və maksimal məbləğlərinin müəyyənləşdirilməsinə cəhd edilib. Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-500 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 6 faiz olub), 500-700 manat (sorğu iştirakçılarının 61 faizi. 2017-ci ildə 56 faiz olub), 700-900 manat (sorğu iştirakçılarının 31 faizi. 2017-ci ildə 30 faiz olub), 900-1200 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 8 faiz olub) civarında aylıq gəlir əldə etdiklərini bildiriblər. Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirləri 250-400 manat aralığında dəyişir.
Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 41 faizi), 200-250 manat (sorğu iştirakçılarının 44 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər.Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2018 –ci ildə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumu 183 manat olub.
Sorğu iştirakçıları 2018-cı ildə jurnalistlərin durumlarına müsbət təsir edən
və onları qayğılandıran problemlər barədə də fikirlərini bildiriblər:
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"