Hüquq müdafiəçisi həbsxanada Mehmanla görüşdü - FOTO

img

08-01-2019 [14:51]


Hüquq müdafiəçisi Sahib Məmmədov həbsdə olan Mehman Hüseynovla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Sahib Məmmədov sosial şəbəkədə "Mehmanın icazəsi ilə" yazaraq, onunla birgə fotosunu da paylaşıb.

Lakin hüquq müdafiəçisi onun səhhəti və digər məsələlərlə bağlı yazılan şərhlərə cavab verməyib. Sadəcə, yazıb ki, foto bir saat əvvəl çəkilib.

Qeyd edək ki, 10 gündən artıqdır ki, M.Hüseynovun həbsxanada aclıq etdiyi iddia olunurdu.  Penitensiar Xidmət isə bu iddiaları təkzib edən bir neçə açqılama yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA