"Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm” - Miyatoviç nazir müavini ilə Mehmanın vəziyyətindən danışıb

img

08-01-2019 [14:30]


Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç dünən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə telefon söhbətində Mehman Hüseynovun -həbsxanada ona qarşı yeni ittihamlar irəli sürüldüyünə etiraz olaraq aclıq edən blogerin işilə bağlı danışıb.

"Mən nazir müavininə dedim ki, hakimiyyət dekabrın 26-da Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürməlidir. Qeyd etdim ki, Mehman Hüseynova lazımi tibbi yardım göstərməlidir, onun vəziyyəti olduqca narahatlıq doğurur. Bu səbəbdən onun mülki xəstəxanaya köçürülməsi lazımdır ki, zəruri tibbi yardımı ala bilsin. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. 

Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm”, – komissarın Avropa Şurasının saytındakı bəyanatında deyilir/Turan

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA