Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi... - İş üzrə ilk dinləmələr başlayıb

img

08-01-2019 [12:29]


Ankarada Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hakim bəzi şübhəlilərin ölkə xaricində olduğunu, ona görə də bu gün məhkəmə qarşısına çıxmayacaqlarını bildirib. Müttəhimlər kürsüsündə ümumilikdə 18 nəfər olub, onlardan 4-ü həbsxanada olduğundan məhkəməyə videoəlaqə ilə qoşulub.

Daha əvvəl Ankara prokurorluğu paytaxtın Ağır Cinayətlər üzrə İkinci Məhkəməsinə ittiham aktı göndərib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, hücumçu edən - polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA