Deputatdan növbədənkənar parlament seçkisi xəbərinə şərh: "Bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq?"

img

07-01-2019 [12:05]


"Növbədənkənar parlament seçkisinin olması cəmiyyətin sifarişindən asılıdır, bəlkə 6-7 aydan sonra belə bir sifariş yaranacaq, bunu proqnozlaşdırmaq imkanına sahib deyilik”.

Mia.az bildirir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa musavat.com-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu kimi xəbərlərə rəsmi məqamların aydınlıq gətirməsi daha doğru olardı: "Hakim partiya rəsmisinin açıqlamasına görə, seçkilər öz vaxtında keçiriləcək və növbədənkənar variantlar barədə düşünülmür. Bu açıqlama, məncə, spekulyasiyalara yetərincə aydınlıq gətirdi”.

F.Mustafanın sözlərinə görə, növbədənkənar prezident seçkiləri ilə müqayisə uğurlu sayılmaz: "Çünki prezident seçkiləri Konstitusiyada referendum yolu ilə dəyişiklərin tələbinə uyğun olaraq irəli tarixə çəkildi. Burada prezidentin səlahiyyət müddətinin uzadılması, birinci-vitse-prezident, vitse-prezidentlər institutunun təsisi, prezidentə əlavə səlahiyyətlərin verilməsi ilə müşayiət olunan məqamlar vardı. Parlamentlə bağlı Konstitusiyada fundamental heç bir dəyişiklik olmadığına görə növbədənkənar seçki üçün zərurət sayılan arqumentləri tapmaq da xeyli çətindir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA