04-01-2019 [16:59]
Bu günlərdə ADP sədri Sərdar Cəlaloğlunun İngiltərədə mühacir həyatı yaşayan qardaşı Qurban Məmmədovun "Azerifreedom” kanalında çıxdığı canlı yayımda görüntülərdəki araq butulkası diqqəti cəlb edib. Verilişin mövzusu "Din və siyasət” olub. Butulka veriliş gedə-gedə otaqdan götürülüb.
Məlumdur ki, ADP sədri namaz qılır, Qurana təfsir yazır. Məhz bu səbəbdən S.Cəlaloğlunun canlı yayıma qoşulduğu otaqda araq butulkasının olması hər kəsdə təəccüb oyadıb. Partiya sədrinin ünvanına müxtəlif fikirlər səslənir.
Mia.az bildirir ki, məsələ ilə bağlı S.Cəlaloğlu musavat.com-a danışıb.
S.Cəlaloğlu araq butulkasının yer aldığı otağın ona məxsus olmadığını deyib:
"Canlı yayıma başqa bir şəxsin otağından qoşulmuşam. Orada nəyin olduğunu görməmişəm. Fikir də verməmişəm. Onun üçün də bu barədə bir söz deyə bilmərəm. Otağın mənə aidiyyəti yoxdur. Bizim internetlə verilişə qoşulmaq imkanlarımız olmadığı üçün xahiş etdim ki, o otaqda mənə şərait yaratsınlar. Həmin otaqda isə tamam başqa fəaliyyətlə məşğul olurlar. Canlı yayım vaxtı orada nə butulkanın olmasından, nə də götürülməsindən xəbərim olmayıb. Sizlər deyəndən sonra mən bunları eşidirəm. Diqqət edən görür ki, canlı yayımda interneti tənzimləyən də tamam başqa bir şəxsdir. Açığı, interneti tənzimləməkdən o qədər də başım çıxmır”.
ADP sədri burada şəxsinə qarşı hər hansı bir təxribatların olmadığını düşünür: "Burada heç bir təxribatdan söhbət gedə bilməz. Çünki həmin otağın məxsus olduğu şəxs və həmin otaqda olanlar bizə yaxın şəxslər olub. Təəssüflər olsun ki, bizim kimi cəmiyyətlərdə insanların hadisələrə baxışları qərəzlidir. Əleyhimə yazılan heç bir məlumatı oxumamışam. İstənilən halda insanların lehinə və əleyhinə yazılar ola bilər. Bu, normal bir haldır. Açığı, bu məsələnin bu qədər böyüməsində bir kampaniya görürəm, hökumət və özünü müxalifət adlandıran bəzi qüvvələr tərəfindən. Öz silahdaşlarına qarşı belə bir ”cihad" kampaniyası təşkil olunub. İstər xilaskar, istərsə də qəhrəman kimi çıxış elə, mütləq səni hədəfə alanlar olacaq. Heç kəs iddia edə bilməz ki, onun fikirlərini hamı qəbul etməlidir. Bu baxımdan şəxsimə qarşı olan fikirləri haradasa normal qəbul edirəm. Amma hər şey bir həddində olmalıdır. Turqut Özalın bir fikri var. O deyirdi ki, liderlər udduqlarını saymalıdır, uduzduqlarını deyil. Orada mən dinimiz haqqında 3-5 nəfərə nəyisə izah edə bilmişəmsə, bu mənim uduşumdur. Bu insan orada necə oturur, əl-qol hərəkətləri necədir, otaqda nələr var və s. kimi şeyləri düşünənlər olacaq. Burada da təəccüblü heç nə yoxdur".
S.Cəlaloğlu 10 ildir içki içmədiyini bildirdi: "Məndə allergiya var. Bunu dostlarım yaxşı bilir. İçən vaxtlarımda belə 50 qramdan artıq içməmişəm. İçkiyə heç zaman meylli olmamışam. 10 il olar ki, ümumiyyətlə, içki içmirəm. Bir şeyi anlamıram ki, bizim insanlar nəyi müzakirə edirlər. Canlı yayımda qarşıma o məqsədi qoymuşdum ki, mümkün qədər insanlar Quranı elmi şəkildə dərk etsinlər. Bunun müqabilində insanların mənə qarşı olan iddialarını anlaya bilmirəm. Onlar məndən nə istəyirlər? Sərdarın otağında butulka olub, o, gəncliyində belə edib, yaxud belə olub və başqa şeyləri deməyin nə mənası var. Barəmdə deyilən fikirlərin əksəriyyəti qərəzin əlamətidir. İnsanların uğurlarını qısqananlar hər zaman olub, var və bundan sonra da olacaq. Mən siyasətçiyəm və bilirəm ki, atdığım hər addım əleyhdarlarımda qıcıq yaradır. Bundan mənə qarşı mənfi rəy yaratmaq üçün cəhdlər edilir. Bunu da normal qəbul edirəm. Əksinə, heç bir reaksiya olmasaydı, o zaman narahat olardım ki, insanlar nə üçün reaksiya vermirlər”.
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...