“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəyişərsə..." - Politoloqdan KTMT ilə bağlı proqnoz

img

04-01-2019 [13:41]


"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəyişərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) maraq göstərə bilər”.

Mia.az xəbər verir ki, bunu mətbuat konfransında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu quruma üzvlüyü Qarabağ münaqişəsinin ədalətli həllindən keçir:

"Rusiyadan xoş məram, Ermənistana təzyiq olduğunu görsək və ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılsa, üzvlük haqda düşünmək mümkündür. Bu halda KTMT ilə başqa formatlarda da əməkdaşlıq mümkün ola bilər. İndiki halda isə KTMT-yə üzvlük Azərbaycanın maraqlarına uyğun deyil. Bunun üçün Rusiya xoş məram göstərməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA