"Biz geri dönəcəyik" - Tural Gəncəliyevdən yeni status

img

03-01-2019 [14:44]


"Şuşaya giriş üçün inşa edilmiş "Gəncə qapısının” yaxınlığında "Süleymanın çayxanası” yerləşirdi. Atamla bu çayxanada oturaraq Dağlıq Qarabağın möhtəşəm dağlarına açılan mənzərəyə saatlarla tamaşa etməyim hələ də gözümün önündədir”.

Mia.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Şuşa sakinləri öz asudə vaxtlarını bu çayxanada keçirər, füsunkar mənzərəyə tamaşa edərək Şuşanın tarixi, mədəniyyəti, incəsənəti və tanınmış ziyalılarının həyat və yaradıcılığını müzakirə edərdilər: "Şuşa dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan yüksək plato üzərində yerləşir. Şəhər qala divarları ilə əhatəyə alınıb. Biz, inşallah Vətənə geri dönəcəyik!”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA