Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

CƏMİYYƏT

28.12.2018, 13:46

Dekabrın 29-da hava şəraitinin arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 gecə, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında dekabrın 29-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR