Deputatlar bugünkü iclasda 52 məsələ müzakirə etdi, sonra 18 günlük tətilə çıxdı

Deputatlar bugünkü iclasda 52 məsələ müzakirə etdi,  sonra 18 günlük tətilə çıxdı

SİYASƏT

28.12.2018, 13:28

 Bu gün Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası keçirilib.
"Report” xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda 52 məsələ müzakirə edilib.
İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib.
Sonda sessiyaya yekun vurulub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bu gündən deputatlar tətilə çıxıb. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR