“Türkel TV”nin lisenziyasına xitam verildi - MTRŞ-də iclas

img

27-12-2018 [18:00]


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Mia.az-a verilən məlumata görə, iclasda "Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə Cəmiyyətin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq "REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilmiş 2014-cü il 14 mart tarixli və "Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilmiş 2017-ci il 27 dekabr tarixli lisenziyaların "ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR