Oqtay Əsədov Urmiyada vali ilə ilə görüşüb - Spikerin İrana səfəri başa çatıb

img

27-12-2018 [15:10]


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun İran səfəri başa çatıb.

Teleqraf.com xəbər verir ki, spiker səfərinin son günündə Tehrandan Urmiya şəhərinə gəlib.

Burada spiker Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari ilə görüşüb. 

Görüş zamanı regional əməkdaşlıq, kənd təsərrüfatı, səhiyyə, turizm, təhsil sahələrində əlaqələrin daha da dərinləşməsi barədə danışıqlar aparılıb. 

Səfər zamanı keçirilən görüşlərdə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov, deputatlardan İsa Həbibbəyli, Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA