27-12-2018 [13:48]
Rusiyanın "Rossiya 24” kanalının "Mövqe” ("Mnenie”) proqramının müəllifi və aparıcısı Evelina Zakamskaya "Moskva-Bakı” portalına Prezident İlham Əliyevdən götürdüyü müsahibə və kadrarxası məqamlardan danışıb.
Mia.az Axar.az-a istinadən Evelina Zakamskayanın sözügedən müsahibəsini təqdim edir:
- Siz Azərbaycan prezidentindən beşinci dəfə müsahibə almısınız. Söhbətiniz necə oldu? Sizin ilk görüşünüzdən bu yana İlham Əliyev necə dəyişib?
- Biz bu dəfə görüşəndə prezident artıq 10 ildir tanış olduğumuzu qeyd etdi. İlham Əliyevlə ilk müsahibəmiz məhz 2009-cu ildə olub. İlham Əliyevin buna diqqət yetirməsi mənim üçün çox xoş oldu (gülür). Zahirən və ünsiyyət cəhətdən demək olar ki, dəyişməyib. Bu, ölkənin bütün həyatı və onun dünya səhnəsindəki mövqeyi barədə böyük müsahibə olduğundan həmişə ciddi və işgüzar yanaşır.
- Kadr arxasında hansı mövzular barəsində danışa bildiniz?
- Hər dəfə çəkiliş başa çatdıqdan sonra İlham Əliyev ayağa qalxmağa tələsmir və biz onunla ailə, əhval-ruhiyyə, Bakının havası barədə söhbət edirik.
- İlham Əliyev sizə öz ailəsi barədə danışıb?
- Çox az. Biz onun ümumi əhval-ruhiyyəsi barədə danışarkən mənə məlum oldu ki, onun üçün dövlət başçısı kimi şəxsi və ictimai problemlər bir-birindən ayrılmır. Ölkədə baş verən hər şey onun şəxsi həyatında öz əksini tapır. Bu dəfə mənə elə gəldi ki, o, sakit və inamlı vəziyyətdədir. O, gələcəyə inamlıdır və əmindir ki, Azərbaycanda hazırda baş verən hər şey düzgündür. Ölkə başçısının heç bir şeydə şübhə etməməsi bu ölkənin bütün vətəndaşları üçün mühüm əlamətdir.
- Siz prezidentin ailəsi ilə tanışsınız?
- Birinci xanım Mehriban Əliyeva ilə tanışam. Mən həmçinin bir neçə dəfə ondan da müsahibə almağa nail olmuşam. Tədbirlərdən birində eyni zamanda prezidentin qızı Leyla xanımla da tanış olmuşam. Əliyevlər ailəsinin bütün üzvləri ictimai fəaliyyətlə məşğul olmaq bacarığına sahibdir. Onlar bununla çox uğurla məşğul olurlar.
- Azərbaycan və Rusiyanın münasibətlərində hansı yeniliklər var?
- Bilirsiniz, bu radikal xəbərlərin olmadığı haldır və bu da yaxşı əlamətdir (gülür). Biz ölkələrimiz arasında münasibətlərin mütəmadi şəkildə inkişaf etməsindən, dünyada dəyişən informasiya və siyasi fona baxmayaraq, prezidentlərimiz arasında etimadın saxlanmasından danışdıq. Axı dünyanın taleyi real insanların əlindədir! Bu insani inam böyüyərək siyasi etimada çevrilir ki, bu da olduqca önəmlidir. Biz turizm istiqamətində Azərbaycan və Rusiya arasında inteqrasiya və iqtisadi proseslərdən danışdıq. Çünki Bakını ziyarət edən turistlərin əsas hissəsi Rusiyadan gəlir...
- Bu, ölkələrimiz arasındakı tarixi əlaqələrlə bağlıdır...
- Bəli, ancaq təkcə bununla bağlı deyil. Prezidentin qeyd etdiyi kimi, burada əsas məqam ölkələrimiz arasında dil baryerinin olmamasıdır. Bu gün Azərbaycanda rus dilinin mövqeyinin qorunmasına böyük diqqət ayrılır. Bir bakılı kimi bu məni sevindirməyə bilməz (gülür). Əlbəttə ki, bütün bunlar əlaqələrimizi möhkəmləndirir. Dünyanın ən böyük dillərindən sayılan, beynəlxalq ictimaiyyətin dili – rus dilini bilmək təhsil, mədəniyyət və elm sahəsini genişləndirməyə imkan yaradır.
- Prezident Azərbaycanda ilin yekunları barədə çox şeylər danışdı.
- Yəqin ki, bu ilin əsas nəticələrindən biri Azərbaycan iqtisadiyyatının neftdən asılılığının mütəmadi şəkildə azalması və iqtisadiyyatın şaxələndirilməsidir. O, real addımların atıldığı bir sıra inkişaf etməkdə olan sahələri müəyyən etmişdir. Bu Azərbaycanın bir neçə il bundan öncədən seçdiyi yoldur. Azərbaycan bu yolla inkişafını davam etdirir, ölkə seçilmiş kursdan imtina etmir. Hazırda dünyanın neft bazarlarında baş verən hadisələr isə bu seçimin düzgünlüyündən xəbər verir.
- Prezidentlə müsahibələrinizdən birində siz şaftalı rəngli paltar seçmişdiniz. Bu dəfə isə parlaq kostyumda idiniz. Daha ciddi görünməyə qərar verdiniz?
- Yox, hər şey daha asandır (gülür). Hər şey saç düzümümlə bağlı idi. O zaman mənim uzun saçlarım vardı, yumşaq və romantik obraz uyğun gəlirdi. Həmin müsahibə 9 may ərəfəsində olmuşdu. Bahar idi və əhval-ruhiyyə də buna uyğun şəkildə idi. Hazırda isə mənim saçlarım qısadır. Yeri gəlmişkən prezident də buna diqqət yetirdi və ilk görüşümüz zamanı da belə bir saç düzümüm olduğunu söylədi. Kostyum isə qış və ona uyğun əhval-ruhiyyənin olması ilə bağlıdır. İstənilən halda komplimetlər heç də keçən dəfəkindən az deyildi. Azərbaycanda qadınların eşitmək istədiyi sözləri bilən diqqətcil kişilərin olduğunu bilmək həmişə xoşdur.
- Siz bu yaxınlarda Bakıdan qayıtmışınız. Bayram ərəfəsində orada atmosfer necədir? Paytaxtda gəzmək imkanınız oldu?
- Bu səfər bizim çəkiliş qrupumuz üçün xüsusi oldu. Bizi hər zaman Azərbaycanda çox səmimi şəkildə qarşılayırlar, bu artıq ənənəyə çevrilib. Bu dəfə kadr arxasında prezidentin administrasiyası ilə söhbət edərkən demək olar ki, bir ailə olduğumuz barədə danışdıq. Bu mənim üçün çox dəyərlidir, çünki Bakı mənim doğma şəhərim olaraq qalır. Mən Bakıya getməyi çox sevirəm. Hər dəfə Bakıda olanda sürücüdən keçmiş evimin yerləşdiyi keçmiş Çapayev, indiki Təbriz küçəsindən keçməsini xahiş edirəm. Artıq orada evimiz qalmayıb – onun əvəzində çoxmərtəbəli bina tikilib. Ətrafdakı evlər isə qalıb, ona görə də mən doğma yerləri asanlıqla tanıdım.
Bakıda havanın Moskvadan daha isti olmasına və zaman-zaman yağışların yağmasına baxmayaraq, Yeni il əhval-ruhiyyəsi yüksəkdir. Küçələr bəzədilib, şəhər bayrama hazırlaşır. Azərbaycanda Şaxta babanın olması mənim çox xoşuma gəlir. Bu Santa Klaus deyil, məhz Şaxta babadır! O, eynilə mənim uşaqlığımda olduğu kimi görünür. Mən bütün bakılılara, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxt yeni il arzulayıram!
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...