Deputatlar həftəsonu tətilə çıxacaqlar

img

26-12-2018 [13:26]


Milli Məclisin deputatları bu həftədən – dekabrın - 28-dən etibarən tətilə çıxır.

Parlamentin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası dekabrın 28-də keçiriləcək. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar.

Sonuncu iclasdan sonra deputatlar tətilə çıxacaqlar. Parlamentin Daxili Nizamnaməsinə əsasən, millət vəkilləri yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının sonuncu iclası dekabrın 28-də keçiriləcək. İclasın gündəliyinə 44 məsələ daxil edilib. Həmçinin, iclasda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq ediləcək/Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA