Ukraynanın sabiq prezidenti İlham Əliyevə məktub ünvanladı - Mətn

img

25-12-2018 [17:58]


 Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Əziz İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz öz işinizdə yalnız müstəqil Azərbaycanın mənafelərini əsas götürürsünüz. Siz dövlətçiliyi möhkəmləndirir, ölkənizdə iqtisadi artım üzərində çalışır, innovasiyalı inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə sanballı töhfə verir.

Ukrayna ilə Azərbaycan arasında çoxillik dostluğa və münasibətlərin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA