Nazirlik əməkdaşları Qaradağda ov edən iki nəfərə cəza kəsdi - 2 min manat

Nazirlik əməkdaşları Qaradağda ov edən iki nəfərə cəza kəsdi -  2 min manat

CƏMİYYƏT

25.12.2018, 17:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.
Mia.az ETSN-ə istinadən xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib:
"Onlardan 2 ov tüfəngi götürülüb. Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara, ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR