Müstəqil Ekspert Qrupumuz adından İlham Əliyevə təbrik
CƏMİYYƏT
24.12.2018, 13:03
Əziz Prezidentimiz! Zati Aliləri!
Doğum gününüzün 57 ili, prezidentliyinizin 15 ili və Yeni İl münasibətilə Sizi təbrik edirəm!
Sizin Azərbaycan iqtidarında və müxalifətində alternativiniz yoxdur.
Siz Xəzər və Qara dəniz regionunda, bütün dünyada müdrik dövlət başçılarından birisiniz!
Siz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın dövlət quruculuğunun yeganə həmmüəllifisiniz!
Siz Azərbaycanın bütün şəhərlərini heç bir zaman görünməmiş bir sürətlə inkişaf etdirdiniz və ğözəlləşdirdiniz!
Siz Bakını Avropanın gözəl şəhərlərindən biri etdiniz!
Siz Azərbaycan ordusunu dünyanın 53-cü ordusu səviyyəsinə yüksəltdiniz!
Siz Heydər Əliyevin Azərbaycanı müstəqil enerji dövlətinə çevirmək missiyasını uğurla inkişaf etdirirsiniz, elektrik stansiyalarının güc qoyuluşlarını 6000 meqavatdan yüksəyə qaldırmısınız!
Siz Azərbaycanda yanacağa 2 dəfədən çox qənaət edən və faydalı iş əmsalı 50%-dən yüksək olan müasir elektrik stansiyaları yaratmısınız!
Siz Sumqayıt şəhərində çoxsaylı müasir texnoparklar yaratmısınız!
Siz Azərbaycanda sabitlik və əmin-amanlıq yaratmısınız!
Siz Ulu Öndər Heydər Əliyevin balanslı xarici siyasət kursunu yaradıcı şəkildə davam etdirirsiniz. Sizin balanslı xarici siyasət kursunuzda zaman və situasiya faktorları mühüm rol oynayır!
Sizin balanslı xarici siyasətinizin yönəldiyi ölkələrin Azərbaycana qarşı zamandan asılı olan münasibətləri ciddi şəkildə tarazlaşdırılır!
Siz Azərbaycanımızın müstəqilliyini, ölkəmizdə və bölgəmizdə sülhü və əmin-amanlığı qoruyursunuz!
Siz Azərbaycanın qeyri-neft sektorunu yaradırsınız!
Siz Azərbaycanın bütün yollarını yenidən qurub-yaradırsınız!
Sizin böyük sülhyaratma misssiyanız var!
Siz Rusiya ilə Türkiyə arasında böyük inkişafa, bölgəmizin və dünyanın siyasi mənzərəsini dəyişməyə qadir olan sülhün və əməkdaşlığın yaradılmasına gedən yolu açan 1-ci dövlət başçısısınız!
Sizin parlaq təfəkkürünüz və yüksək idarəçilik qabiliyyətiniz sayəsində Azərbaycan neft ölkələrinin əksəriyyətindən fərqli olaraq dünyada baş verən iqtisadi böhranlardan minimum itkilərlə çıxa bilir!
Siz Azərbaycan tarixində özünüzün "xalqın ən böyük xidmətçisi" oldugunuzu dəfələrlə bəyan edən və bütün məmurları da sizdən nümunə götürərək "xalqın xidmətçisi" olmağa dəvət edən yeganə dövlət başçısısınız!
Yuxarıda sadaladıqlarımın məntiqi nəticəsi olaraq inamla deyə bilərəm ki, bu günkü mürəkkəb tarixi situasiyada Azərbaycanın Prezidenti məhz Siz olmalısınız!
Əziz Prezidentimiz! 1993-cü il yanvarın axırlarında Ulu Öndər Heydər Əliyevlə 1,5 saatlıq görüşümün təsirindən yaranmış "Heydər Əliyev tarixlər yaratdı. Heydər Əliyevin, İlham Əliyevin və Mehriban Əliyevanın tarixi missiyaları", 2008-ci il Prezident seçkisində, 2009-cu ilin refrerendumunda və 2013-cü ilin Prezident seçkisində gördüyümüz işlərdən yaranan "Mənim Prezidentim İlhamdı", 2016-cı ilin referendumu dövründə gördüyümüz işlərdən yaranan "Referendum: İlham Əliyevin Yeni Dövlət Modeli", 2018-ci ilin prezident seçkilərində Respublikamızın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ucar, Göyçay, Ağdaş, Qəbələ, Quba rayonlarında 300-ə qədər seçki məntəqələrində və onların ərazilərində apardığımız monitorinqlərin, müşahidələrin, sorğuların və seçkiyə çağırışlarımızın nəticəsində yaranan "İlham Əliyev bu günümüz, sabahımız və gələcəyimizdir” adlı kitablarımın elektron nüsxələrini ad gününüzə hədiyyə olaraq Sizə göndərirəm.
Kitablarımın əslini və elektron nüsxələrini Prezident Administrasiyasının rəhbəri hörmətli akademik Ramiz Mehdiyevə, köməkçiniz Əli Həsənova, Humanitar şöbənin əvvəlki və indiki müdirləri Fatma Abdullazadəyə və Fərəh Əliyevaya təqdim etmişəm. Ümidvaram ki, hörmətli məmurlarınız siyasi və ictimai mənasına, orijinallığına və görülmüş işlərdən yarandığına görə digər kitabların hamısından fərqlənən, dövləti əhəmiyyətli ən böyük tədbirlər olan seçki və raferendumlarda gördüyümüz işlərdən yaranan kitablarımın əslini və elektron nüsxələrini, məktublarımı Sizə təqdim edəcəklər!
Sizə və ailənizə can sağlığı və uğurlar, Azərbaycanımıza inkişaf və rifah arzulayıram.
Ad gününüz mübarək olsun!
Hörmət və ehtiramla,
Qüdrət İsaqov
Fizika-riyaziyyat elmləri doktoru, professor,
Müstəqil Ekspert Qrupunun rəhbəri,
Avropa Təbiət Elmləri Akademiyasının(ATEA) akademiki,
ATEA-nın Beynəlxalq Rentgen medalı laureatı,
Rusiyada nəşr ounan Beynəlxalq Alternativ Energetika jurnalının
Redaksiya kollegiyasının üzvü və baş redaktorun müavini,
AMEA Fizika İnstitutunun əməkdaşı
Bakı 23.12.2018
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sosial şəbəkələrdə qadağa: nələr olacaq? - Deputatlar yeni qanuna "hə" dedi
Bugün, 14:38 PRESS
-
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək
Bugün, 14:05 CƏMİYYƏT
-
Milli Məclis daha bir qanun qəbul etdi
Bugün, 13:57 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 13:52 KRİMİNAL
-
Deputat Milli Məclisdə: "İnsanların kənddən şəhərə axını davam edir, buna görə..."
Bugün, 13:47 CƏMİYYƏT
-
Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq
Bugün, 13:46 GÜNDƏM
-
ABŞ və İran arasında yeni razılaşmanın detalları – 14 maddəlik paketdə nələr var?
Bugün, 13:29 GÜNDƏM
-
"Dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi qəbul olunub - Rəqəmlər
Bugün, 13:05 İQTİSADİYYAT
-
Sahil Babayev: "Naxçıvana dotasiya 25,2 milyon manat azalıb"
Bugün, 12:51 İQTİSADİYYAT
-
17 il əvvəl şübhəli qəzada ölən partiya sədriylə bağlı cinayət işi yeniləndi
Bugün, 12:51 DÜNYA
-
"Bu ədalətli deyil axı!" - Partiya sədri Əli Əsədova səsləndi
Bugün, 12:39 SİYASƏT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:30 GÜNDƏM
-
"Mən Səlimi şəklinə baxaraq sevmişəm" - Zeynəb Xanlarova ərindən danışdı + VİDEO
Bugün, 12:30 MƏDƏNİYYƏT
-
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs olunub - Məhkəmə zalında
Bugün, 12:23 MƏDƏNİYYƏT
-
Müsavat Partiyası hökuməti ilə dostcasına razılaşma əldə edib - Avropa Məhkəməsinə şikayətlər geri çəkilib
Bugün, 12:20 SİYASƏT
-
Masallıda yaşlı qadın baltalanıb
Bugün, 12:15 KRİMİNAL
-
Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb
Bugün, 12:02 CƏMİYYƏT
-
Məşhur aktyor, müğənni, bloger lər barədə məhkəmə qərar verdi - SİYAHI
Bugün, 11:28 PRESS
-
Zeynal Nağdəliyev müşavirədə: "Ölkəmizdə həyata keçirilən bu islahatlar..."
Bugün, 11:16 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Putinə məktub göndərib: "Əminəm ki, birgə səylərimiz..."
Bugün, 11:02 GÜNDƏM
-
ABŞ İranın iki PUA-sını vurub
Bugün, 10:51 DÜNYA
-
DÇ-2026: Hakimin başındakı kamera…
Bugün, 10:40 İDMAN
-
"Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə - XƏBƏRDARLIQ
Bugün, 10:28 GÜNDƏM
-
Azərbaycanın Gürcüstandakı keçmiş səfiri vəfat edib
Bugün, 10:15 GÜNDƏM
-
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
Bugün, 10:11 ŞOU-BİZNES
-
Şəmkirdə kafedə dava: 28 yaşlı şəxsi ürəyindən vurdular
Bugün, 10:02 KRİMİNAL
-
Azərbaycan nefti bahalaşıb
Bugün, 09:54 İQTİSADİYYAT
-
Yazıçılar Birliyinin üzvü deputatla görüşündən yazdı: "Bir çox siyasi incəlikləri mənə izah etdi"
Bugün, 09:54 SİYASƏT
-
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutuldu
Bugün, 09:42 SİYASƏT
-
Zahid Oruc: "Cəmiyyətin böyük dəstəyi göstərdi ki, qanunun müəllifi xalqdır"
Bugün, 09:39 PRESS
-
Rəsmi Bakıdan Moskvaya mesaj: "...səmimi qəlbdən təbrik edirik"
Bugün, 09:22 SİYASƏT
-
Magistraturalara qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Bugün, 09:22 GÜNDƏM
-
İstanbulda İŞİD təhlükəsi: saxlanılanlar var
Bugün, 09:16 DÜNYA
-
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
Bugün, 09:03 İQTİSADİYYAT