"“Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək" - Nazir müavini

img

20-12-2018 [17:43]


 "Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək".

Bu barədə nazir müavini İlhamə QədimovaPrezident İlham Əliyevin ötən gün imzaladığı "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanını şərh edərkən bildirib.

O həmçinin deyib ki, "Aqrolizinq”ə məxsus aqroservislər investisiya müsabiqəsi keçirməklə özəlləşdiriləcək. Bu prosesi isə Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirəcək.

Bundan başqa, İ.Qədimovanın sözlərinə görə, Nazirlik fərmana uyğun olaraq, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini 2 ay ərzində hazırlayaraq dövlət başçısına təqdim edəcək/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA