Bu quruma lisenziya verilmədi - Palatadan qərar

Bu quruma lisenziya verilmədi - Palatadan qərar

İQTİSADİYYAT

20.12.2018, 12:02

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilən lisenziyanın qüvvəsi dayandırılıb.
Palatadan Mia.az-a verilən məlumata görə, "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR