Zakir Həsənov Pentaqon rəsmisi ilə bir arada - Azərbaycan və ABŞ hərbi əməkdaşlığı genişləndirir + FOTO
GÜNDƏM
04.12.2018, 18:42
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ Müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı danışıb.
Nazir bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. General-polkovnik Z.Həsənov qeyd edib ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.
Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən Müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.
L.Kuper də öz növbəsində ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, "Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.
Qonaq ölkəmizin terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azovda vurulan gəmi: dörd azərbaycanlı həlak olub... - XİN açıqlamalar yaydı (Yenilənib)
06.06.2026, 18:49 GÜNDƏM
-
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb
06.06.2026, 18:22 CƏMİYYƏT
-
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
06.06.2026, 16:52 CƏMİYYƏT
-
Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
06.06.2026, 16:51 CƏMİYYƏT
-
Hərbçilərimiz Kəlbəcərdə qəzaya düşüb - Biri həlak olub
06.06.2026, 15:28 CƏMİYYƏT
-
Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb
06.06.2026, 14:35 CƏMİYYƏT
-
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
06.06.2026, 13:38 CƏMİYYƏT
-
Qardabanidə məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var
06.06.2026, 13:10 DÜNYA
-
Krasnodar diyarında PUA zərbələrindən sonra neft bazası yanır
06.06.2026, 12:16 DÜNYA
-
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
06.06.2026, 11:14 SİYASƏT
-
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
06.06.2026, 10:00 CƏMİYYƏT
-
ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub
06.06.2026, 09:18 DÜNYA
-
ABŞ İranın radar qurğularına zərbələr endirib
06.06.2026, 08:22 DÜNYA
-
"Zelenskiyə cavabı rus əsgərləri verir, verəcək" - Putin hərbçilərə elə çağırış elədi ki....
06.06.2026, 00:16 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06.06.2026, 00:14 CƏMİYYƏT
-
Qara dənizdə Türkiyə gəmisinə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var
05.06.2026, 22:40 GÜNDƏM
-
AAYDA-nın sədr müavinləri vəzifədən azad olundu - Sərəncam
05.06.2026, 19:57 GÜNDƏM
-
Beyləqanda rus bölməsinin bağlanması - 14 şagird, bir müəllim və cavabsız qalan suallar
05.06.2026, 19:41 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu parlamentə gedəcək – Özgür Özəl və komandası ilə dialoq mesajı verildi
05.06.2026, 19:31 DÜNYA
-
Bu məşhurların da narkotestinin nəticələri açıqlandı: Serenay Sarıkaya, Feyza Civelek...
05.06.2026, 19:07 ŞOU-BİZNES
-
"İddiaları sübut edin!" - Milli Məclis bəyanat yaydı
05.06.2026, 18:59 SİYASƏT
-
Muaytay–Tayboks Federasiyasının İdarə Heyəti toplantı keçirdi: "Hər kəs qanun qarşısında cavab verəcək" - 2 nəfər üzvlükdən xaric olunub
05.06.2026, 18:54 İDMAN
-
Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim edib - FOTOLAR
05.06.2026, 18:18 GÜNDƏM
-
“Qalatasaray” 60 milyon avroluq oyunçunu yarı qiymətə almaq istəyir
05.06.2026, 18:11 İDMAN
-
Türkiyədə idman şərhçisinin aylıq gəliri heyrət doğurdu
05.06.2026, 17:57 PRESS
-
İsrail Livanı yenə vurdu – Ölənlər var
05.06.2026, 17:47 DÜNYA
-
“Beşiktaş” bu baş məşqçi ilə anlaşdı – FOTO
05.06.2026, 17:20 İDMAN
-
DÇ-2026: “Fənərbaxça” və “Qalatasaray” sərvət qazanacaq
05.06.2026, 17:14 İDMAN
-
Ərdoğan: “Faizin olduğu yerdə bərəkət olmaz”
05.06.2026, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
05.06.2026, 17:00 İQTİSADİYYAT
-
"ASAN Xidmət"də maliyyə problemləri yaranıb?
05.06.2026, 16:45 CƏMİYYƏT
-
Vidadi Mustafayevin məhkəməsi başlayıb
05.06.2026, 16:28 SİYASƏT
-
İran: “Uranın üçüncü ölkəyə veriləcəyi iddiaları yalandır”
05.06.2026, 16:19 DÜNYA
-
Qalmaqallı məmura cinayət işi açıldı
05.06.2026, 16:01 KRİMİNAL