"Putin Nazarbayevlə Lukaşenkonun sözünü yerə saldı, Paşinyanın xahişini eşitdi" - Politoloq

img

04-12-2018 [10:13]


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının KTMT Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə baş katibin Ermənistan olmasına etiraz etmişdi. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan başı aşağı qayıtmışdı"

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun  sözlərinə görə, Astanada KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı: "Həmin vaxt bircə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, "müdrikcəsinə” susurdu. Bakıda bəzi siyasi mərkəzlər "Putin Paşinyanı sıxışdırır”, "Paşinyan Putinin nəzarətindən çıxıb” və ya "Rusiya Paşinyanı cəzalandıracaq” kimi Azərbaycan cəmiyyətini "rahatladacaq açıqlamalar verilirdi. Putin əksinə, Paşinyanı rahatladı.

Paşinyan Putinlə telefonla danışıb və baş katib məsələsinin təxirə salınmasını xahiş edib. Bu Paşinyana ona görə lazımdır ki, rahat parlament seçkisini keçirsin. Çünki baş katib məsələsi Ermənistanda parlament seçkilərinə qədər həll olunsa, Paşinyanın mövqelərinə zərbə olacaq və müxalifət baş katibin dəyişməsini Paşiyanın əleyhinə istifadə edəcəkdi. Putin Paşinyanla razılaşıb və baş katib məsələsini təxirə salınıb.

Başqa sözlər Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaradıb. Siz də deyirdiniz ki, "Putinin Paşinyandan zəhləsi gedir və onun dərsini verəcək”. Gördük, necə dərsini verir. Putin qazax və belarus həmkarlarını arxa çevirərək Paşiyana dəstək oldu. KTMT-də baş katib məsələsi qaldı 2019-cu ilə. Paşinyan istəyinə nail oldu".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA