Gürcüstanın hazırkı prezidentindən müxalifətin aksiyasına gözlənilməz reaksiya: "Seçkidə çoxlu pozuntular oldu ki..."

Gürcüstanın hazırkı prezidentindən müxalifətin aksiyasına gözlənilməz reaksiya: \"Seçkidə çoxlu pozuntular oldu ki...\"

DÜNYA

02.12.2018, 17:03

"Gürcüstanda müxalifətin mitinqi demokratik proseslərin və xalqın seçki pozuntusuna qarşı reaksiyasının göstəricisidir".

Bunu BBC-nin Rusiya Xidmətinə müsahibəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

"Seçkidəki situasiya ən yaxşı hal deyildi. Çoxlu pozuntular oldu ki, xalq da buna indi öz neqativ münasibətini göstərir. Mitinq demokratik prosesdir” – deyə o, bildirib/Axar.az.

Qeyd edək ki, bu gün Tiflisdə müxalifət tərəfdarları seçkinin nəticələrinə etiraz olaraq aksiyalara başlayıb. Mərkəzdə yollar bağlanıb, müxaliflər prezident seçkiləırinin nəticələrini tanımamaqla bərabər, növbədənkənar parlament seçkiləri tələb edirlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR