"Neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir" - Putindən açıqlama

img

28-11-2018 [17:10]


 "Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir".

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

"Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir”, - deyə Rusiya Prezidenti vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiya büdcəsinin məxaric hissəsi tərtib edilərkən neftin qiyməti 40 dollardan hesablanıb: "OPEC-lə indi də təmasdayıq, lazım gəlsə, bununla bağlı birgə fəaliyyəti davam etdirəcəyik”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA