ARDNF-də Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib, hesabat təsdiqlənib

img

26-11-2018 [17:59]


Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

ARDNF-dən Mia.az-a verilən məlumata görə, iclasda 2017-ci il üzrə HSŞ hesabatının yekun versiyası iştirakçılara təqdim edilib, 2017-ci il üzrə İcmal HSŞ hesabatının mətni müzakirə edilərək təsdiq olunub.

Bunlarla yanaşı, Benefisiar Sahiblik məlumatlarının açıqlanması üzrə layihənin icrası, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA