Rusiyanın iqtisadi inkişaf naziri: "Neftin qiyməti 50 dollara qədər düşəcək"

img

22-11-2018 [16:28]


Uzunmüddətli perspektivdə neftin qiyməti 2025-2030-cu ilə qədər 50 dollar/barelə qədər aşağı düşəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin 2036-ci ilə qədər uzunmüddətli makroproqnozun nəzərdən keçirildiyi hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Hesablamalarımıza görə, 2025-2030-cu ilə qədər neftin qiyməti, təxminən, 50 dollar/barel səviyyəsində olacaq və ardından real olaraq bu səviyyədə qalmağa davam edəcək", - nazir deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA