Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada+ Fotolar
GÜNDƏM
19.11.2018, 19:51
Noyabrın 19-da Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başlayıb.
Sessiyanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.
Sessiyanın açılış mərasimində baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mattal, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.
Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.
.jpg)
Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.
Bu problemlə əlaqədar prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyi diqqətə çatdırılıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunu və bu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
S. Mehdiyev bildirib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ulu öndər Heydər Əliyevin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Qanununa uyğun olaraq başlayıb. Bu gün prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.
.jpg)
Diqqətə çatdırılıb ki, Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin "Narkotik vasitələr haqqında”, "Psixotrop maddələr haqqında” və "Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətlərilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edib və burada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittaltədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra sessiya başlayıb.
Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, "darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə; sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə; məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.
Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.
Sessiya noyabrın 23-dək davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda bir araya gəldi - Nələr müzakirə olunub?
Bugün, 18:16 SİYASƏT
-
Ceyhun Bayramov Hakan Fidanla müzakirə aparıb - İstanbulda
Bugün, 18:01 SİYASƏT
-
Subsidiya qaydalarına dəyişiklik - Prezident fərman imzaladı
Bugün, 17:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir fərman imzaladı
Bugün, 17:33 İQTİSADİYYAT
-
Aqrar Kredit və İnkişaf Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
Bugün, 17:26 GÜNDƏM
-
Prezident İlham Əliyev Xalq artistini təltf etdi - Sərəncam
Bugün, 17:24 MƏDƏNİYYƏT
-
İrandakı bütün uçuşlar təxirə salınıb - Növbəti xəbərdarlığa qədər…
Bugün, 17:21 DÜNYA
-
Ərdoğan Erməni kilsəsinin Patriarxıni qəbul edib
Bugün, 17:04 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Pezeşkian: “İran bu sınaqdan başını dik tutaraq çıxacaq"
Bugün, 16:56 GÜNDƏM
-
Novxanıda gizli narkobunker aşkarlanıb
Bugün, 16:45 KRİMİNAL
-
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bugün, 16:43 İQTİSADİYYAT
-
Ceyhun Bayramov: "Üç ölkənin koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır"
Bugün, 16:38 SİYASƏT
-
Bu tarixlərdə dağlıq və dağətəyi rayonlarda sel gözlənilir
Bugün, 16:23 GÜNDƏM
-
Qan ver, həyat xilas et!
Bugün, 16:14 İQTİSADİYYAT
-
Aşura nə vaxt olacaq? - Açıqlandı
Bugün, 16:03 CƏMİYYƏT
-
1,3,5 qəpikləri dəyişəndə faiz tutulur? - İddia ilə bağlı rəsmi açıqlama yayıldı
Bugün, 15:57 İQTİSADİYYAT
-
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bugün, 15:48 MƏDƏNİYYƏT
-
İran İsrailə hücumu dayandırdı – AÇIQLAMA
Bugün, 15:24 GÜNDƏM
-
İran hədələdi: “İsrailin hücumları davam edərsə…”
Bugün, 15:12 DÜNYA
-
“Qalatasaray”ın futbolçusu Fransada kluba şərik olur
Bugün, 15:02 İDMAN
-
Lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır
Bugün, 14:50 GÜNDƏM
-
İyunun 13–15 tarixlərində ardıcıl 3 gün iş olmayacaq
Bugün, 14:42 CƏMİYYƏT
-
NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - O, kimdir?
Bugün, 14:39 GÜNDƏM
-
SOCAR-ın yaşıl istiqrazı - Faiz ödənişi olundu
Bugün, 14:31 İQTİSADİYYAT
-
Deputat mətni üzündən oxuya bilmir – “Kim nə istəyir, onu da yazsın, özləri bilər”
Bugün, 14:27 SİYASƏT
-
Venesuelanın yeni lideri Ankaraya gəlir
Bugün, 14:17 DÜNYA
-
Tramp: “İsrail və İran dərhal atəşi dayandırmalıdır"
Bugün, 14:10 GÜNDƏM
-
Paşinyandan qələbə açıqlaması: "Xalq sülhə sahib çıxdı" - "Onlar Ermənistandan silinməlidir"
Bugün, 13:59 SİYASƏT
-
"Dostum yoxdur" - Aysun İsmayılova
Bugün, 13:54 ŞOU-BİZNES
-
Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli... - Prokuror onlara ağır cəza tələb edir
Bugün, 13:21 PRESS
-
"AzerGold"da müşavirlərin sayı 10-dan 9-a endi - Sədrin müşavirlərindən biri getdi
Bugün, 13:14 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:40 CƏMİYYƏT
-
Azərbaycanda məktəblərdə “TikTok”a çıxış bloklanıb
Bugün, 12:26 CƏMİYYƏT