09-11-2018 [12:31]
Azərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb. Virtulaz.org xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla "Bellingcat” saytıyayıb.Azərbaycan ordusunun necə irəlilədiyi və Ermənistan ordusunun cəbhənin bu istiqamətində tamamilə əlverişsiz mövqelərdə qaldığı barədə məqalənin müəllifi isə Avstraliyadakı "Holokost və Soyqırım Araşdırmaları İnstitutu”nun analitiki Masis İngilisyandır.
Müəllif "Planet Labs” tərəfindən çəkilmiş yeni həvəskar peyk fotolarına istinadən göstərir ki, Azərbaycan ordusunun mühəndis-istehkam işlərini davam etdirməsi nəticəsində Naxçıvan istiqamətində daha bir strateji post Azərbaycanın nəzarətinə keçib.Peyk fotolarında Azərbaycan silahlı qüvvələrinin Naxçıvan istiqamətində bir vaxtlar neytral ərazi hesab edilən ərazilərdə apardığı hazırkı mühəndis işləri əks olunur.
Qeyd olunur ki, Azərbaycan ordusunun təmas xəttində neytral ərazilər boyu irəliləməsi 1994-cü ildə atəşkəsin əldə olunmasından bəri əsasən Dağlıq Qarabağda davam edirdi. Nəticədə bir çox rayonlarda tərəflərin mövqeləri arasında məsafə bir neçə yüz metrə qədər azalıb.
Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişdidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb. Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib.Lakin "Planet Labs” tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.
Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər. Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.
Sayt xatırladır ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyərək böyük əraziləri nəzarətinə götürməsi ilk dəfə bu ilin yazında "Razm.info” saytının analitiki Ayk Xaçikyanın "Naxçıvanda nə baş verir?” məqaləsindən sonra ictimailəşib.Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 90-cı illərin əvvəllərində tərk edilmiş və Ermənistan ordusunun atəşi altında olan Günnüt kəndi (Şərur rayonu) də daxil olmaqla 11 min hektardan çox ərazini nəzarətinə götürüb. Qızılqaya yüksəkliyini tutub və nəticədə Ermənistan ərazisindən Qarabağa gələn strateji əhəmiyyətli Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı qazanıb.
Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.
Belə ki, peyk fotlolarına əsasən Azərbaycan silahlı qüvvələri bu ilin may ayında çəkilən yeni yollarla irəliləyərək təmas xəttinə mövqelərini daha da yaxınlaşdırıb. Arpa çayından şimal-qərbdə yerləşən yüksəklik və dağ massivi bu ilin may ayında Azərbaycan qoşunları tərəfindən hələ tam tutulmamışdı. Amma yeni peyk fotolarına əsasən həmin dağ massivi tamamilə Azərbaycanın nəzarəti altındadır və ora yeni yollar çəkilib.
Yayda və payızın əvvəllərində Azərbaycan həmin dağ massivi boyu yeni mövqelərdə öz qoşunlarını yerləşdirib. Beləliklə, Ermənistan ordusunun birinci müdafiə xətti və ermənilərin hərbi təyinatlı avtomobil yolu bütünlüklə Azərbaycan ordusunun nəzarəti altına düşüb. Habelə Azərbaycan erməni mövqelərinə doğru yeni səngərlər qazıb.
Digər fotolarda Azərbaycanın Ermənistanla sərhəddə daha bir adsız yüksəkliyə tərəf yeni yol çəkdiyi görünür. Sayt bildirir ki, erməni mövqeləri ilə üzbəüz ərazinin dağlıq relyefi nəzərə alınmaqla Azərbaycan silahlı qüvvələrinin yeni səngərlər qazmağı və yollar çəkməyi davam etdirəcəyini göstərir.Bu da təmas xəttinin həmin istiqamətində erməni mövqelərini tamamilə əlverişsiz vəziyyətdə qoyacaq və istisna deyil ki, Ermənistan ordusu həmin müdafiə xəttini məcburi tərk edəcək.
"Bellingcat” bildirir ki, Azərbaycan silahlı qüvvələrinin yeni manevrləri nətiicəsində Ermənistan ordusu faktiki olaraq postlarından birini tərk edib.Sayt peykdən çəkilmiş fotoda ermənilərin tərk etdiyi postu nişan verir. Masis İngilisyan qeyd edir ki, hadisələrin bu cür inkişafı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərin erməni infrastrukturu və yaşayış məntəqələri üçün təhdid yaradacağını göstərir. Habelə Azərbaycanın bu əraziləri hərbiləşdirməyə dair gələcək planları barədə suallar meydana çıxarır
Peyk fotoları əsasənda təhlil aparan müəllif göstərir ki, Azərbaycan ordusunun son aylarda gördüyü mühəndis işləri nəticəsində erməni səngərləri bütünlüklə əlçatandır və yaxın gələcəkdə ermənilərin həmin səngərləri tərk etməsi qaçılmaz görünür.
Virtualaz.org "Bellingcat” saytının bu məqaləsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən soruşub, nazirlik bu mövzu ilə bağlı şərh verməyib. Xatırladaq ki, bu ilin mayında Müdafiə Nazirliyi Günnüt kəndinin azad edilməsi də daxil olmaqla Naxçıvan istiqamətində ordumuzun keçirdiyi uğurlu əməliyyat barədə geniş məlumat və videoxülasə yaymışdı.
.
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək