Makrona qarşı sui-qəsd cəhdi - 6 nəfər tutulub

Makrona qarşı sui-qəsd cəhdi -    6 nəfər tutulub

GÜNDƏM

06.11.2018, 16:52

Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutulub.
Məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb.
Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Onların tutulması üçün Fransanın İzer, İl və Vilen, Mozel rayonlarında əməliyyat keçirilib.
Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Saxlanılan şəxslər cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər/Report.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR