""Azərenerji" daha nə qədər dövlətin çiynində yük olacaq?" - Deputat

img

05-11-2018 [16:28]


"Azərenerji" uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır. Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək”.

Bunu deputat Zahid Oruc Milli Məclisin komitələrinin 2019-cu ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.

Deputatın sözlərinə görə, Azərbaycan çox haqlı öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

"Prezident çox haqlı olaraq məlum müşavirədə "Azərenerji" rəhbərliyini qınayıb. Bu adamlar nə üçün nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlmiş olub. "Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək. Bu məsələyə aydınlıq gətirilməlidir."

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA