"Ermənistan təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı cinayət törədib" - Vitse-spiker

img

01-11-2018 [13:17]


"Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə və dövlətlərarası qaydalara etinazsızlıq göstərir".

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Milli Məclisin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, törədilən cinayətlər insanlıq, bəşəriyyət əleyhinədir:

"Ermənistanın törətdikləri təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı cinayətdir. Azərbaycan Ermənistanın təcavüzkar, vandal üzünü ardıcıl, məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırır. Bu isə beynəlxalq təşkilatları ciddi narahat etmir. Hər halda biz bunun şahidiyik".

Sədr müavini vurğulayıb ki, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınması, bu cinayətləri törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikdir: "Dövlət Komissiyasının son 25 ildə gördüyü işlər bu kontekstdə dəyərləndirilməlidir”.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA