"İndi nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?” - Deputat

img

30-10-2018 [17:20]


"13 ildir ki, deputatam, heç kəsdən hədiyyə almamışam. Məsələn, getmişəm Füzuliyə, qiyməti 150 manat olan qoyun veriblər. Nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu dəyişikliklərə səs verməyəcək.

A.Abbasın çıxışı digər deputatların gülüşünə səbəb olub.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda deputatlar onlara təqdim olunan bahalı hədiyyələri Milli Məclisə təhvil verməyə məcbur olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA