"Qoduqlar sağlam olurlar" - Deputat eşşək südündən danışdı

\"Qoduqlar sağlam olurlar\" - Deputat eşşək südündən danışdı

CƏMİYYƏT

25.10.2018, 16:33

Xəbər verdiyimiz kimi, Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.
Görəsən ulaq südünün satışı qanunla qadağan edilirmi?
Unikal.org bu sualla Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevə müraciət edib.
Millət vəkili bildirib ki, qanunla eşşək südünün satışı qadağan olunmur: "Qanunvercilikdə ulaq südündən istifadənin qadağan olunması ilə bağlı hər hansı qanun yoxdur. Ona xüsusi zərurətin də olduğunu hesab etmirəm. Görünür bunu kimlərsə öz qazancı üçün reklam edir. Ulaq südünün insan üçün ciddi faydası yoxdur. Əgər o südün faydası olsaydı tarixən inək, qoyun əvəzinə ulaq sağardılar. Eşşək südünün zərəri ilə bağlı heç nə deyə bilmərəm. Çünki qoduqlar sağlam olurlar".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR