Maşınların texniki baxışı: nələr dəyşdi?

img

22-10-2018 [21:12]


Ərşad HÜSEYNOV, Ekspert

***

Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu. 

"Yol hərəkəti haqqında" Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edildi.

Bu dəyişikliklər barədə o vaxt da qeyd etmişdik, bir daha əsas 3 yeniliyi nəzərinizə çatdırmaq istəyirəm:

1. Kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək.

2. Baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il (gələn dəfə) də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq (özü də elektron qərarla).

3. Minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi
növbəti, yəni gələn ilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon verilməməlidir. 

Bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamlıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR