Elmar Vəliyevin oğlu da vəzifədən getdi: "İşlərim çoxdur"

img

22-10-2018 [15:38]


Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu, "Kəpəz” Futbol Klubunun İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.

Mia.az kluba istinadən xəbər verir ki, Elmir Vəliyev istefasını  işlərinin çoxluğu ilə əlaqələndirib.

Bildirilib ki, hələlik Elmir Vəliyevin yerinə təyinat olmayıb.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından "Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA