21-10-2018 [12:27]
Ölkə mətbuatında tez-tez sabiq məmurlar və onların övladlarının lüks həyatları barəsində materiallar yayılır. Bu kimi faktlar ortaya çıxanda keçmiş məmurlar susub, heç bir münasibət bildirmirlər.
"Yeni Müsavat" yazır ki, bu cür lüks həyata yiyələnmələri onların şəxsi biznesləri hesabına əldə etdikləri vəsait hesabınadır. Lakin əksəriyyətinin vəzifədən öncəki həyatına baxdıqda görürük ki, onlar çox sadə, kasıb həyat yaşayıblar. Yəni bu adamlar vəzifədə olarkən korrupsiya yolu ilə milyonlara sahibləniblər, həmin pulları biznesə yönəldərək, xalqın vəsaitləri hesabına lüks həyatlarını davam etdirirlər...
Bu günlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirməsi ilə bağlı xəbər yayılıb.
A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı "Audi”nin "Q” seriyasından ən son model olan "Audi Q8" avtomobili ilə paytaxt küçələrində şütüyən F. Qaraşov yenidən gündəmə gəlib. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün bundan öncə "Audi Q8"in Bakıda təqdimatı baş tutub. Bu avtomobilin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır.
Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hadisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.
Arif Qaraşovun oğlu bu xüsusda tək deyil. İndiyə qədər xeyli sayda sabiq məmur övladlarının cah-calal içərisində fotoları, videoları yayılıb.
Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun lüks həyatı kimsəyə sirr deyil. Onunla bağlı mətbuatda çoxsaylı materiallar dərc edilib. Hazırda Anar Məmmədovun Londonda yaşadığı bildirilir. İddia olunur ki, Məmmədovun orada vəziyyəti heç də pis deyil.
Eləcə də keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov da tez-tez dəbdəbəli mülkləri ilə gündəmə gəlir. Məlumatlara görə, Yunis Abbasov hələ 2006-cı ildə Londonda 2 mərtəbədən ibarət böyük malikanə alıb. Bu malikanənin qiyməti isə 1.4 milyon funt-sterlinq olub.
Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun da Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. Bu barədə məlumatı bu ilin may ayında unikal.org saytı yaymışdı. Məlumata görə, paytaxtın Binəqədi rayonu "Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir. Bildirilir ki, Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının "Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur "Torqovı” küçəsində də böyük evləri var.
Heydər Əsədovun oğlu Asif Əsədzadə isə Londonda təhsil alır. Ötən il o, 90 HO 505 dövlət nömrə nişanlı "Porsche” maşını ilə London küçələrində "at oynatması” ilə gündəmə gəlmişdi. Məlumatlara görə, Asif Əsədzadə Britaniya vətəndaşıdır.
Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə isə Londonda olarkən "Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahana salıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi. Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan "The Yorkshir Post” və "The Daily Mail” də yazıb.
Siyahını bir qədər də uzatmaq olar. Bu kimi məmurların övladları instaqramda lüks həyatlarından fotolar paylaşıb, tez-tez xarici medianın da gündəminə gəlirlər...
Belə iddialar var ki, sabiq məmurların qanunsuz topladıqları, dövlətdən oğurladıqları sərvətləri barəsində müvafiq qurumlar araşdırma aparır. Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun başına gələnlər, "MTN-işi” və "rabitə işi” çərçivəsində aparılan əməliyyatlar nəticəsində həbs olunan yüksək çinli məmurlar da buna nümunədir.
Əli RAİS,
"Yeni Müsavat”
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR