12-10-2018 [09:36]
"Bələdiyyələr yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. Oktyabrın 15-dən 21-dək nəzərdə tutulan "Yerli Demokratiya Həftəsi” belə görüşlərin daha intensiv keçirilməsi üçün yaradılmış əlavə bir imkandır”.
Mia.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov oktyabrın 11-də Sumqayıtda Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə "Yerli Demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda Konfransda söyləyib.
E. Eyvazov sayca 11-ci dəfə keçiriləcək "Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışıb. Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının "Avropada yerli demokratiya həftəsi” təşəbbüsünə qoşularaq hər il bələdiyyələrə belə tədbirlərin keçirilməsini tövsiyə etməsinin yaxşı ənənəyə çevrildiyini deyib.
Sektor müdiri bu tədbirin bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımları ölkə başçısı İlham Əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib.
"Hamıya məlumdur ki, dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən sərəncamlar imzalayır və vaxtaşırı bu sərəncamların, tapşırıqların icrasını yerlərdə şəxsən yoxlayır. Bu siyasətə uyğun olaraq şəhər, rayon icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq səyyar qəbullar keçirilir, həmin qəbullarda vətəndaşlar onları narahat edən məsələləri birbaşa bildirir və aidiyyəti qurumlar tərəfindən mövcud problemlərin həlli istiqamətində iş aparılır. Bu baxımdan bələdiyyələr də yerli əhali ilə mütəmadi olaraq təmasda olmalı, onları narahat edən problemləri birgə müzakirə etməli və həllinə çalışmalıdırlar. "Yerli demokratiya həftəsi” belə görüşlərin daha intensiv keçirilməsi üçün yaradılmış əlavə bir imkandır”.
Prezident Administrasiyasının sektor müdiri bələdiyyə rəhbərlərinin qarşısında duran vəzifələri qeyd edərək həftənin özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin inkişafına təkan verəcəyini vurğulayıb.
Yerli demokratiya həftəsinin əhəmiyyətini vurğulayan Milli Məclisin regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov bildiriblər ki, "Yerli demokratiya həftəsi” bələdiyyələrin fəaliyyətinin genişlənməsinə, bu qurumların işində demokratik prinsiplərin daha çevik tətbiqinə imkan yaradacaq.
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar