KOSMİK PEYKLƏRƏ YERDƏN DAŞ ATANLAR...

img

26-09-2018 [15:35]


Zahid ORUC, Millət vəkili

****

Prezident İlham Əliyev Azərbaycan xalqına təbrik ünvanlayıb. Həmin müraciətin sətirləri arasında bir millətin təhlükəsiz gələcəyini təmin etmək məramı ayrıca qırmızı xətlə keçir və xalqımızın savadlı adamları, sahəvi alimləri kosmik fəzada yer tutmağa çalışan dövlətimizin gerçək niyyətləri haqda daim maarifləndirmə işi aparmalı, dedi-qodu yayanlara, məhəlli təfəkkür yiyələrinə tutarlı cavablar verməlidilər.

Lakin əvəzində biz virtual məkanda qarşımıza çıxan bir para "əli daşlı”ların bir vaxtlar Əfqanıstan vadisilərində - Hind-Quş dağ silsiləsinin ətəklərində qırıcı təyyarələrlə döyüşən mücahidləri bənzəyən sifətlərini görməkdəyik. Onlar müasir texnologiyaları küfr sayaraq hələ də sapandla silahlanan puştun tayfalarının saqqallı prototipləridir. Axı Tora-Bora dərəsindən baxanda bütün dünya düşmən və kafir libasında görünür. Xalq Cəbhəsini hələ də faşizmə qarşı mübarizə səngəri kimi dərk edən Əli Kərimli üçün müasir kommunikasiya vasitələri üzərindən hər gün apardığı siyasi ekstremizm Taliban hörgütünün terror fəaliyyəti ilə eyni olduğundan kosmik səmaya çıxarılan növbəti peyk hadisəsi də hakimiyyətin üzərinə yerimək fürsətindən başqa bir şey deyil.

Gerçəkdən də faciədir.Adamlar böyük partiya və hərəkat adlandırdıqları zirzəmi yığnaqlarını orta əsr cəhalətindən qətiyyən ayırmaq fikrində deyillər və belələri gəlib sabah bir məmləkətə rəhbərlik edib növbəti bir SƏHRA XİLAFƏTİNİ qurmağa hazırdır.Cənablar axı, heç olmasa, peşəkar mütəxəssislərlə məsləhətləşib sonra addım ata bilərsiniz. Yerdən göylərə qalxanda və mübarizəni kosmik fəzaya daşıyanda bir görün, atdığınız o kələ-kötür daşlar hara düşür?

Halbuki Azərbaycanın ordusunun Ali Baş komandanı dərin təhlükəsizlik sirlərinə bələd olan lider kimi yaxşı bilir ki, dünyada Süni Peyk qurğuları ilə təkcə hamını ekranla-efirlə və rabitə ilə təmin etmirlər. Elə olsaydı, ABŞ və Sovetlər Birliyi, o dağılandan sonra da Rusiya son 50 ildə göyə buraxdıqları raketlərə milyardlar xərcləməzdilər.

Bu yerdə imperiya zehniyyəti belə çoxlarına kömək olardı və birdən xatırlayardılar ki, asfaltın üzərində 5 qəpiklik moneti görməyə qadir olan cihazlar ən yaxşı CASUS APARATLARIDIR.

Diqqətlə oxuyun, xanımlar və bəylər, Prezident İlham Əliyevin məktubunda deyilir: ”...Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində biz bu sahədə də xaricdən asılılığı tamamilə aradan qaldırdıq...”. 

Oxudunuzmu? 

Yəqin, əfqan mücahidlərinin ruh qardaşları yenə də razılaşmayıb üsyan qaldıracaqlar ki, axı biz Ermənistanla "ulduz müharibələri”nə hazırlaşımırıq, dünyanın kosmik klubunda yer alıb da qlobal təhlükəsəzilik planları hazırlamırıq. Nə olsun ki. Məgər informasiya təkcə supergüclər üçün faydalıdır.Bu nə balacalıq kompleksidir.

Hər zaman strateji planlaşdırmanı peşıkarlıqla aparmağa qadir olan cənab İlham Əliyevin məqsədləri gerçək vətənpərvərlərə bəllidir və nəhayət, son dərəcə ağır bir bölgədə, əsil kəşfiyyat cəbhəsində gözəgörünməz savaş aparan Rusiya, İran və Qərb arasında neft-qaz resurslarını qorumaq, həmçinin suverenliyini təmin etmək və torpaqları üzərində qurduğu gerçək coğrafi, həmçinin virtual istehkamları möhkəmləndirmək bir nömrəli vəzifədir. Əgər kimsə yaxşı başa düşməyibsə, onda bəzi detalları izah etməyə çalışaq.

2016-cı ilin aprel döyüşləri zamanı Qafqazı yenidən barıt qoxusuna bürüyəndə Rusiyanın Baş naziri Dmitri Medvedev İrəvana, sonra Bakıya gəldi.Onun söylədiyi bəyantlar və öyüdlərlə indi işimiz yox, lakin Kremldə 4 il "birinci şəxs” statusu ilə əyləşən adam dedi ki, ermənilər və azərbaycanlılar səngərdən çıxanda biz onları yaxşı görürük.

Diqqət etdinizmi, yəni, siz ekranın və virtual aləmdə apardığınız döyüşlərin həzzi altında uyuduğunuz anlarda Moskvanın Baş Hərbi Qərərgahında Ağdərə, yaxud Fizuli cəbhəsində bir-birini qırmağa hazır dayanan əskər/zabitlərinin "məxfi əməliyyat” planlarına cizgi filmi kimi baxıb Rəhbər üçün atüstü raportlar hazırlayırlar.Məhz ona görə də Ermənistanda 4 generalın başı getdi və Sarkisyan onları qurban verərək, guya Amerikadan, əslində isə Moskvadan gərəkən peyk ötürücü məlumatları on-line rejimində almağa başladı.Nəticədə 26 fevral 2017-ci ildə bizim hərbçilərimiz çox asanlqıla tələyə düşüb şəhid oldular. Düşmən tərəfi isə təkcə gecəgörmə cihazları ilə deyil, elə gün işığında da Azərbaycan insanlarına təmas xəttindən "biz sizi görürük” verilişlərini translyasiya etməyə başladılar.

Dünyada heç kəsə sirr deyil ki, kosmik fəaliyyətlə məşğul olan dövlətlər onu təkcə mülki ehtiyaclar üçün deyil, eləcə də hərbi təhlükəsizlik məqsədlərilə istifadə edirlər. Yer üzərindəki bu "zondlama əməliyyatı” vasitəsilə sən istənilən kəşfiyyat planlarını həyata keçirə bilərsən.O üzdən, bir qədər zarafatla deyirdilər ki, Reyqan Qorbaçovu Maltada suyun altına aparıb geri qaytarandan sonra sovetlər dağıldı, çünki DTK heç nəyi tuta bilmədi.

İstər optik izləmə, istərsə də radioelektron dağlaların tutulması və dərhal yerə ötürülməsi imkan verir ki, kosmik sistemlər real silahlı toqquşmaların ayrılmaz bir komponentinə çevrilsin. Rusiyanın Suriya səmasında vurulan təyyarəsi ilə bağlı son dəlillər də məhz kosmik müşahidə qurğularından toplanmış materiallardır.

Ona görə də bütün elekton sistemlər hansı peyk rabitəsi üzərindən yayımlanırsa, ana palatası da orada yerləmiş olur.Və bu zaman bir ölkənin bütün məxfi informasiya resursları ötürücü ölkənin asılılığında qalır və belə şəraitlərdə gizlilik məfhumu yox olub gedir. İndi Rusiya Kosmodromu onun nəhəng nüvə və ballistik raketlərini idarə edən ən böyük hərbi resursudur.

Ona görə də Azərbaycan ordusu üçün müstəqil informasiya təminatı onun arsenalındakı ən qabaqcıl silahları hərəkətə gətirən bir nömrəli qüvvədir. Bunu başqa düşməmək və yaxud ona qarşı çıxmaq ayaqlarına çip bağlanan adamların "sağ qalma” yarışlarındakı mübarizəsini xatırladır.

Vyetnam müharibəsinin qəhrəmanlarından biri olan Con Makkeyn ölən gününə qədər Rusiyadan aldıqları kosmik mühərrik asılılığına üsyan etdi.

Ona görə də Göyə daş atarkən, qollarınızı va başınızı yaxşı-yaxşı tutun!

Digər xəbərlər
SON XƏBƏRLƏR