Rüstəm ibrahimbəyov Rusiya vətəndazlığından imtina etdi

img

05-07-2013 [02:03]


Milli Şuranın lideri, prezidentliyə müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından imtina edib. Bu barədə məlumat Milli Şuraya yaxın mənbədən daxil olub. Qeyd edək ki, Azərbaycanın seçki qanunvericiliyinə görə, ikili vətəndaşlığı olan şəxslər prezidentliyə namizəd ola bilməzlər. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqdan xilas olması isə onun Azərbaycandakı prezident seçkilərində iştirak etmək niyyətinin nə qədər ciddi olduğundan xəbər verir(Musavat.com). Milli Şuranın prezident seçkilərindəki vahid namizədi Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina etdiyini təsdiqləyib. R.İbrahimbəyov virtualaz.org saytına açıqlamasında bu qərarının motivləri barədə danışıb. R.İbrahimbəyovun sözlərinə görə, bu addımı onun qarşıdan gələn prezident seçkilərindəki iştirak qərarı ilə bağlıdır: ?Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm. Mənim Azərbaycanda teatrım olub. Bir sözlə, mən öz yaradıcılıq işlərimi həmişə Azərbaycanda davam etdirmişəm?. R.İbrahimbəyov sözlərinə onu da əlavə edib ki, Rusiya pasportu ona SSRİ-dən miras qalıb. R.İbrahimbəyov ?Azərbaycanda ikili vətəndaşlıq qadağandır, siz bu məsələni hüquqi nöqteyi-nəzərdən hansı yolla qaydaya salmağa hazırlaşırsınız? sualına belə cavab verib: ?Azərbaycan qanunları ikili vətəndaşlığa qadağa qoymayıb. Mən sadəcə olaraq seçkilərdə iştirak etmək qərarımla bağlı Rusiya təbəəliyindən imtina etməyə qərar vermişəm?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA