Müxalifətin vahid seçki qərargahı yaradılır

img

04-07-2013 [01:01]


?Milli Şuranın növbəti sessiyasında vahid namizədin seçki qərargahının yaradılması ilə bağlı məsələ müzakirə ediləcək. Sessiyanın vaxtının müəyyənləşməsi üçün Eldar Namazov partiya rəhbərləri ilə danışıaqlar aparır.?. Bu barədə Modern.az-a Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, sessiyanın vaxtı və digər məsələlərlə bağlı Eldar Namazov partiya rəhbərləri ilə danışıqlar aparır. ?Eldar Namazov dünən də müzakirələr aparıb, bu gün də partiya rəhbərləri görüşərək bu məsələ ətrafında danışıqlar aparacaqlar. Müzakirələr gedir?. Milli Şuranın üzvü daha sonra növbəti sessiyada müzakirə olunacaq məsələlərdən danışıb:?Növbəti sessiyada əsas təşkilati məsələlər müzakirəyə çıxarılacaq.Komissiyaların, komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunacaq. Eyni zamanda bir neçə sessiyadır ki, Milli Şuraya yeni üzvlərlə bağlı müraciətlər daxil olur, bu məsələyə də baxılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA