Birinci xanımın namizədliyini irəli sürən Prezident Administrasiyasına çağırıldı

img

03-07-2013 [05:23]


İki hissəyə ayrılan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseyov qanadında təmsil olunan Sevda Xurşudova bu dəqiqələrdə Prezident Administrasiyasına (PA) çağırılıb. Əlisahib Hüseynovun müavini olan Sevda Xurşudovanın PA-ya çağırılması xəbərini rəfiqəsi Zöhrə Aslanova verib. Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, Z.Aslanova S.Xurşudovanın PA-ya heç özünün də gözləmədiyi halda, qəfildən çağırıldığını və bu təcili çağırışın səbəbini də bilmədiyini söyləyib. Qeyd edək ki, DADP-ni təmsil etdiyini deyən Sevda Xurşudova və onun ətrafındakılar builki prezident seçkilərində ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəklədiklərini elan etmişdilər. Lakin Sevda Xurşudovanı və onun ətrafında olanları fırıldaqçılıqda ittiham edən Fatma Əliyeva qanuni olaraq DADP sədri olduğunu və partiyalarının prezident seçkilərindəki namizədinin prezident İlham Əliyev olduğunu deyir. Günlərdir davam edən müzakirələr və ittihamların nəticəsi isə yoxdur. Hələ heç kəs dəqiqləşdirə bilmir ki, DADP-nin sədri Əlisahib Hüseynovdur, yoxsa Fatma Əliyeva. İqtidar isə DADP-də olan fikir ayrılığını və qruplaşmanı ciddiyə almır. Bunun da məntiqi nəticəsi olaraq DADP-nin iki qolu arasındakı gərgin namizəd və sədrlik mübarizəsi davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA